Çalışqan və məsuliyyətli əməkdaşlardan ibarət komanda ilə İnformasiya və Kommunikasiya texnologiyaları sferasında yüksək peşəkarlıqla fəaliyyət göstərən şirkətdir. Bir sıra şirkətlərlə əməkdaşlıq edən Kodaze biznes mühitinin idarə olunması, nəzarət altına alınması və optimallaşdırılması üçün bir sıra peşəkar həllərin tətbiqi və xidmətlərin göstərilməsini həyata keçirir.
Heyətimiz müvafiq biznes sahələri və İT sferasında dərin biliklərə sahib yüksək səviyyəli mütəxəssislərdən ibarətdir. Komandamız daim yüksək həvəslə və peşakarlıqla müştəri istəklərini texnoloji həllərə çevirir, müştərinin müvafiq texniki və biznes idarəetmə ehtiyaclarının təminatı üçün lazım olan dəstəyi göstərir.
Texnologiyaların dərin tədqiqatı ilə biznesə gətirilən yenilikləri araşdıraraq daimi şəkildə məhsullarımızı inkişaf etdirməyi özümüzə hədəf qoymuşuq.
Bir fikri məhsula çevirmək üçün müxtəlif platformalarda proqram təminatlarını partnyorlarımıza təqdim etməklə onları məmnun etmək ilin hədəflərimizdəndir.
Həllərin mütəxəssislər tərəfindən vaxtında və effektiv şəkildə həyata keçirilməsi partnyorlarımızla münasiblətləri yüksək səviyyədə saxlayır.
İşin stabilliyini qorumaq üçün etibarlı dəstək vermək öz məhsulumuza verdiyimiz təminatın bir göstəricisidir. Biz bununla fəxr edirik.
Müştərilərimiz üçün proqram təminatının innovasiyasını təklif edən, biznes mühitini innovativ texnologiyaların tətbiqi ilə beynəlxalq standarlara uyğunlaşdıran və maksimal səviyyəyə çatdıran əvəzsiz kollektiv olmaqdır.