Murabaha, müştərinin almaq istədiyi malın və ya avadanlığın Adil Finans tərəfindən təyin edilmiş vəkil vasitəsilə satın alınaraq, əvvəlcədən razılaşdırılmış mənfəət əlavə edilməklə müştəriyə satılması prinsipinə əsaslanır. Bu prosesin İslami maliyyə qaydalarına uyğun həyata keçirilməsi üçün aşağıdakı şərtlər tələb olunur:
Murabaha yalnız İslam qaydalarına uyğun olan məhsul və xidmətlər üçün tətbiq edilir. Qanunla qadağan olunmuş və ya dini baxımdan uyğun olmayan sahələrdə ticarət aparılmır.
Müştəri almaq istədiyi məhsulun növünü, xüsusiyyətlərini, qiymətini və təchizatçısını dəqiq təqdim etməlidir.
Murabaha əməliyyatında Adil Finansın təyin etdiyi vəkil məhsulu satıcıdan öz adına satın alır və mülkiyyətinə keçirir. Daha sonra həmin məhsulu müştəriyə satır.
Məhsulun alış qiyməti və Adil Finansın mənfəəti şəffaf şəkildə müştəriyə açıqlanır. Əgər müştəri beh verəcəksə beh məhsulun qiymətindən çıxılıb hesablanır.
Müştəri məhsulun dəyərini birdəfəlik və ya hissə-hissə ödəyə bilər. Ödəniş müddəti və məbləğlər müqavilədə əvvəlcədən müəyyən edilir.
Müqavilənin icrasını təmin etmək məqsədilə minimum 2 kəfil tələb edilir.