Mudaraba, bir tərəfin kapital (sərmayə), digər tərəfin isə bilik, təcrübə və əməyini ortaya qoyduğu İslami ortaqlıq modelidir. Adil Finans sərmayə təmin edir, qarşı tərəf (Mudarib) isə layihəni və ya biznesi idarə edir. Bu əməkdaşlığın şəffaf və ədalətli şəkildə həyata keçirilməsi üçün aşağıdakı şərtlər tələb olunur:
Mudaraba yalnız İslam prinsiplərinə uyğun biznes və investisiya layihələri üçün tətbiq edilir. Haram və ya qanunla qadağan olunmuş fəaliyyətlər maliyyələşdirilmir.
Mudarib layihənin məqsədini, fəaliyyət istiqamətini, bazar imkanlarını, gəlir modelini və gözlənilən nəticələri əks etdirən biznes plan təqdim etməlidir.
Layihəni həyata keçirəcək şəxsin təcrübəsi, peşəkar bacarıqları və idarəetmə potensialı qiymətləndirilir.
Tərəflər əldə ediləcək mənfəətin hansı nisbətdə bölüşdürüləcəyini müqavilə bağlanarkən əvvəlcədən müəyyən edirlər.
Mudarib layihənin gedişi, gəlirləri və xərcləri barədə mütəmadi olaraq hesabat verməyi öhdəsinə götürür.
Adil Finans tərəfindən ayrılmış sərmayə yalnız müqavilədə göstərilən biznes və ya layihə üçün istifadə edilə bilər.
Tərəflər bütün məlumatları düzgün təqdim etməli, gəlir və xərcləri gizlətməməli, qarşılıqlı etimad prinsiplərinə riayət etməlidirlər.
Yuxarıdakı tələbləri pozduğu halda Mudarib qoyulan sərmayəni təzmin etməlidir.